Ana səhifə
22 Oktyabr 2017

Biləsuvarda “VAZ-2107” yük maşını ilə toqquşub

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, yük maşını ilə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər yaralanıb. Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.  Qəzada ölən şəxsin “VAZ-2107” markalı avtomobilin sürücüsü, Biləsuvar şəhər sakini, 1955-ci il təvəllüdlü Səttar Duman oğlu Qasımov olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.
Tarix
23 Sentyabr 2017 [09:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ