Ana səhifə
22 Oktyabr 2017

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Son 10 gün üzrə respublika çay və transsərhəd çaylarında sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30 və Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 115 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 12,5 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub. Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, Bankədə və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2016-cı il sentyabrın 22-də 444 sm), Şirvanda 187 sm, Salyanda 129 sm (2016-cı il sentyabrın 22-də 293 sm), Bankədə 167 sm (2016-cı il sentyabrın 22-də 222 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2016-cı il sentyabrın 22-də 171 sm) təşkil edir.
Tarix
23 Sentyabr 2017 [09:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ