Ana səhifə
17 Dekabr 2017

Məhərrəmlik günü oğluna toy edən müğənni: "Biz saat 2-də başlayıb axşam 6-7 -yə məclisi bitirəcəyik"

Müğənni Manaf Ağayev bu gün oğluna toy çaldırır. Ucnoqta.az PrimeTime.az-a istinadən xəbər verir ki, "Niel" şadlıq sarayında baş tutacaq məclis yalnız kişilər üçün nəzərdə tutulub. Məhərrəm ayının ilk günü övladına toy edən ifaçı özünə bəraət qazandırmağa çalışıb. O, öncə məhərrəm ayının sabah, daha sonra isə bu gün axşam başlayacağını deyib:
"Məhərrəm ayı sabah başlayır. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir".
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. İdarədən məhərrəm ayının artıq başladığı və bunun saatla tənzimlənmədiyi bildirildi.

 

Tarix
22 Sentyabr 2017 [16:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ