Nazir müavini: "Unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib"

14:08 - 22 Sentyabr 2017 - Cəmiyyət

"Azərbaycan dərsliklərində heç bir xalqa, o cümlədən ermənilərə nifrət aşılanmır. Heç bir nifrət çağırışı yoxdur. Amma unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və hələ də işğal altında saxlayır. Bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb. Maddi-mədəni abidələr, təhsil ocaqları dağıdılıb". Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Milli Məclis, AvroNest Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Təhsil nazirinin müavini Ceyhun Bayramov Ermənistan parlamentinin AvroNest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyanın səsləndirdiyi yanlış fikirlərə münasibət bildirərkən deyib.
A.Aşotyan konfransda bildirib ki, burada humanist mühitdən istifadə edib Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq: "Bizim gələcək nəsillərin düşmənçiliyi davam etdirməsinə şərait yaratmayaq. AvroNest PA bizim üçün çox vacibdir. Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır".

Xəbər xətti