Gədəbəydəki dəhşətli qətlin bəzi təfərrüatı məlum olub

13:10 - 22 Sentyabr 2017 - Xəbər

 Gədəbəy rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qurudərə kəndində baş verib. 
Belə ki, hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış, o bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-i isə hələlik məlum olmayan səbəblərdən atası, 1931-ci il təvəllüdlü Məsimov Mikayıl Yusif oğlu, anası 1938-ci il təvəllüdlü Məsimova Ayna Hüseyn qızını qətlə yetirib və qaçıb. 

Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı da evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyib. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Ş.Məsimov spirtli içki düşkünü olub.
Hazırda onun axtarışları davam edir. 

Xəbər xətti