Prezident İlham Əliyev yeni Sənaye Parkının açılışında iştirak edib

11:31 - 22 Sentyabr 2017 - Xəbər

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verib.
Dövlət başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış olub.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.


Xəbər xətti