Kim Çen In Trampı "ruhi xəstə" adlandırdı və təhdid etdi

11:20 - 22 Sentyabr 2017 - Xəbər

ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın tamamilə məhv edilməsinin mümkünlüyünə dair BMT Baş Assambleyasındakı düşməncəsinə çıxışı ona baha başa gələcək. Bunu televiziya ilə çıxışı zamanı Şimali Koreyanın lideri Kim Çen In bildirib. KXDR lideri vurğulayıb ki, Trampın təhdidləri Pxenyanın seçdiyi raket-nüvə proqramının inkişaf kursunun nə dərəcədə düzgün olduğunu təsdiq edir:

"Trampın sözləri bizi qorxutmadı, lakin tərəfimdən seçilən yol yeganə düz yoldur. Bizim cavab onun gözləntilərini üstələyəcək. Mən bu qoca ruhi xəstəni alovla ram edəcəyəm". (azvision.az)

Xəbər xətti