Ana səhifə
24 Oktyabr 2017

“GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edildi

Elmar Məmmədyarov GUAM-ABŞ görüşündə iştirak edib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ görüşündə iştirak edib. XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüşün yekunu olaraq, “GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edildi. Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilir.
Həmçinin, regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın qorunub-saxlanmasının geniş regional konteksdə bütün dövlətlər üçün ortaq təhlükəsizlik məkanının yaradılması istiqamətində birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqe bir daha bəyan edilir.
Bəyannamədə GUAM regionunda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişin labüdlüyü vurğulanır və GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqlik bir daha bəyan edilir. Həmçinin GUAM-a üzv dövlətlərin məruz qaldığı gücdən istifadə təhdidinin əsas narahatlıq olaraq qaldığı bildirilir.
Sənəddə BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyə dair öhdəliklər və ATƏT-in fundamental sənədlərinə sadiqlik bir daha xatırlanılır.

Tarix
22 Sentyabr 2017 [10:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ