Yasamalda yataqxana yanır

10:17 - 22 Sentyabr 2017 - HADİSƏ

Yasamalda yataqxana yanır. Ucnoqta.az Milli.Az-a istinadən xəbər verir ki, hazırda Yasamal rayonunda yerləşən yataqxana yanır. 5 mərtəbəli yataqxananın 3-cü mərtəbəsində qəfil baş verən yanğının hansı səbəbdən olduğu hələ bilinmir.
FHN-in əməkdaşları artıq hadisə baş verən ərazidədirlər.
Qeyd edək ki, bu, həmin yataqxanada baş verən ilk yanğın hadisəsi deyil. Bir neçə ay əvvəl də həmin yataqxanada yanğın baş vermişdi.

Xəbər xətti