Gömrükçülər Astanadan gələn sərnişinin çantasında "beşbarmaq" tapıb

10:05 - 22 Sentyabr 2017 - Xəbər

Dövlət Gömrük Komitəsi (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. DGK-dan verilən məlumata görə, Astana-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.
Yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti