Bakı Uşaq Teatrı mövsümün açılışını Şahdağda edəcək

16:20 - 21 Sentyabr 2017 - Mədəniyyət

Azərbaycanı qarış-qarış gəzən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı bu dəfə yeni teatr mövsümünün açılışını Qusarda, Şahdağ Qış-Yay Turizm Kompleksində edəcək. Açılışda balaca seyrçilərə türk nağılı əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Pəltək Cücə” tamaşası təqdim olunacaq. 
Mərasim illuzionist Tofiq İsgəndərlinin iştirakı ilə şou-proqramla davam edəcək. 
Tamaşaçıların Şahdağ Qış-Yay Turizm Komleksinin və Bakı Uşaq Teatrının hazırladıqları müxtəlif hədiyyələri, kitab və dərs ləvazimatlarını qazanmaq şansı da olacaq. Sonda Komleks üzrə infotur keçirilməsi nəzərdə tutulur.
 Qeyd edək ki, sentyabrın 26-ı  dahi Azərbaycan şairi Nizami Gəncəvinin
(1141) anadan olduğu gündür. Qardaş Türkiyədə isə, həmin tarix (1932-ci ildən) Türk Dili Bayramı kimi qeyd olunur.

Xəbər xətti