Bu silahdan Azərbaycan xüsusi təyinatlıları istifadə edir- VİDEO

15:12 - 21 Sentyabr 2017 - Xəbər

“Rusiya silahı” (Оружие России) nəşri bucaq altında atəş açmağa imkan verən unikal silah haqqında yazıb. Mənbəyə əsasən, hazırda xüsusi xidmət orqanlarının döyüşçülərinin ixtiyarında yalnız bir belə silah var. Həmin silah İsraildə istehsal edilən “CornerShot”dur və tindən bucaq altında atəş açmağa imkan yaradır. Bu silahdan Azərbaycan xüsusi təyinatlıları istifadə edir. Ucnoqta.az-ın məlumatına görə, Virtualaz.org sözügedən nəşrə istinadən xəbər verir ki, Azərbaycandan başqa “CornerShot” Hindistanda, İndoneziyada, Çində, Meksikada, ABŞ-da, Türkiyədə və Cənubi Koreyada istifadə olunur.
“CornerShot” İsrail xüsusi təyinatlılarının veteranı Amos Qolan tərəfindən yaradılıb və bucaq altında hədəfə almağa və atəş açmağa imkan verir. Silahın iki kamerası var (uzaqdan görmə və dairəvi müşahidə üçün “fish eye” – “balıq gözü”). Silaha lazer nişangahı, teplovizor (istiliyə reaksiya verən nişangah) və səsboğucu əlavə etmək mümkündür. Ondan müxtəlif növ atıcı silahlarla (Beretta 92F, Glock, SIG Sauer, CZ və hətta M16 tüfəngi və 44 m-lik minaatanla) istifadə etmək olar. Atəş bucağı 63 dərəcədir: bu, düşmənin gözünə görünmədən ona atəş açmağa imkan yaradır.

Xəbər xətti