Biləsuvarda iki “VAZ-2107” toqquşub: iki nəfər yaralanıb

15:02 - 21 Sentyabr 2017 - HADİSƏ

Biləsuvar rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində biri qadın olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti