Qarabağ” oyununun yeri dəyişdirildi

14:06 - 21 Sentyabr 2017 - İDMAN

Topaz  Premyer Liqasının 6-cı turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi “Kapital Bank Arena” yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Roma”nı qəbul edəcək “Qarabağ” futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür. 
Qarşılaşma sabah saat 19:00-da başlayacaq.
Qeyd edək ki, 6-cı turda meydan sahibi “Qarabağ” , hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” olacaq. qol.az

Xəbər xətti