Sabah Bakıda 34°, rayonlarda 35° isti olacaq

12:34 - 21 Sentyabr 2017 - ÖLKƏ İÇİ

Sabah Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 22-də səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  18-22° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22°, gündüz  31-33° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 
Sabah 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz  30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

Xəbər xətti