Ana səhifə
18 Yanvar 2018

SOCAR-ın vitse-prezidenti "Harvi" qasırğasının neftin qiymətinə təsirindən danışdı

"Brent" markalı neft 52 dollar/barrel səviyyəsinədək bahalaşıb. Bu, onun nəticəsində olub ki, Meksika körfəzində son ayda baş verən "Harvi" qasırğası bu hövzədə yerləşən ölkələr üçün neft hasilatını və emalını çətinləşdirib.Trend-in məlumatına görə, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "İki sahil" qəzetinin xüsusi buraxılışında yer almış məqaləsində qeyd edib.
T.Qəhrəmanov neftin qiymti ilə bağlı daha sonra qeyd edib ki, OPEC və kartelə daxil olmayan ölkələr arasında hasilatın azaldılmasına dair əldə olunmuş razılığa baxmayaraq, xam neftin dünya bazarlarında olan qiyməti hələ də 60 dollar/barrel səviyyəsinə çatmayıb.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri son zamanlarda ABŞ-da şist karbohidrogenlərinin hasilatı üzrə yeni texnologiyaların sürətli inkişafı nəticəsində bu ölkədə şist laylardan alınan xam neftin və təbii qazın böyük həcmlərdə hasilatı və dünya bazarlarına ixracıdır:
"Beləliklə, ABŞ yaxın keçmişdə karbohidrogen idxalçısı olan ölkədən artıq ixracatçı ölkəyə çevrilib. Əvvəlki illərdə ABŞ-ın şist neftin hasilatında rentabellik xətti xam neftin qiymətinin 60 dollar/barrel səviyyəsinə uyğun olduğu halda, son zamanda bu ölkədə texnologiyaların inkişafı nəticəsində şist neftin və qazın hasilatında rentabellik xətti qiymətin 45-50 dollar/barrel səviyyəsinədək endirilib. Bunun nəticəsində OPEC və kartelə daxil olmayan neft istehsalçısı ölkələrinin neft hasilatını süni şəkildə azaltmaq səylərinə baxmayaraq, dünya birjalarında neftin qiyməti 45 dollar/barrel səviyyəsindən yuxarı qalxdıqdan sonra ABŞ-ın şist neft və qaz hasilatçıları dərhal fəallaşarsaq dünya bazarlarına xam neftin əlavə həcmlərinin ixracına başlayırlar. Bu isə beynəlxalq bazarda xam neftin tələb/təklif balansına müvafiq təsir göstərir. Beləliklə, neft bahalaşmaq imkanı tapmır”.
Vitse-prezident xam neftin qiymətlərinə digər amillər də təsirini göstərdiyi istisna etməyib və “Harvi” qasırğasını misal çəkib.

Tarix
21 Sentyabr 2017 [11:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ