UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək

20:29 - 20 Sentyabr 2017 - İDMAN

2018-2019-cu il mövsümündə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu qərar bu gün İsveçrədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Bakıda final oyunu 2019-cu il mayın 29-da baş tutacaq. Həmin mövsümdə Çempionlar Liqasının final oyununa iyunun 1-də Madridin "Vanda Metropolitano" stadionu ev sahibliyi edəcək. 2019-cu ildə UEFA Superkuboku oyunu isə avqustun 14-ü İstanbulun "Vodafon Park" stadionunda keçiriləcək.

Xəbər xətti