Ana səhifə
21 İyun 2018

Baş daşı bahalaşdı - Azərbaycanda

Bölgələrdə qəbir daşlarının qiyməti bahalaşıb. “Ucnoqta.az” Qafqazinfo-ya istinadla bildirir ki, Bərdə, Ağdam və Tərtər rayonlarından son 4 ayda qəbir daşı sexlərində qiymət artımı yaşanır və özəl qəbir sexlərində qiymətlər 20-25 faizə qədər qədər bahalaşıb. 
Qəbir daşı satışı ilə məşğul olan sahibkarların sözlərinə görə, bahalaşmaya  səbəb əsasən xarici ölkələrdən gətirilən qranit və mərmərin qiymətinin artmasıdır.

Məzar daşlarının qiyməti ölçüsünə, dizaynına, rənginə, işlənməsinə görə dəyişir. Onların qiymətləri isə ayrı-ayrı sexlərdə bir-birindən cüzi ya da tamam fərqlənir. Müxtəlif daş sexlərində apardığımız araşdırmaya görə, ən ucuz olan sadə əhəngdaşından hazırlanan qəbir daşları üçün qiymət  300-400 manatdır. Həmin daşlar daş qırıntılarının üyüdülüb sementlə qarışdırılması və müəyyən qəliblərə salınması yolu ilə hazırlanır. Rayon kəndlərində belə qəbir daşlarına daha çox ehtiyac var.

Bununla bərabər bahalı daşlarda təlabat az deyil. Bərdənin Təbriz küçəsində yerləşən qəbiristanlıq ərazisində fəaliyyət göstərən sexlərdə qara mərmərdən düzəldilən ən ucuz qəbir daşının qiyməti 1300 manatdan 2000 manata qədər dəyişə bilir. Əvvəllər bu qiymət 1000 və 1500 manat arasında dəyişirdi. Ağ mərmərdən olan qəbir daşı isə 500 manatdan 1000  manata hazırlanır. Rayonlarda faliyyət göstərən qəbir daşı sexlərdə daha çox Ukraynadan və İrandan  qara qranitlərdən istifadə edilir. 

Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərən qəbir daşı sexində 1-ci növ 1 metr 60 santimetirlik İran qranitindən hazırlanan məzar  daşının qiyməti 1800 manatdır. Daşın ölçüsü artıqca qiymət də bahalaşır.

Yerli sakinlərin sözlərinə görə, orta təbəqənin nümayəndələri əsasən ağ mərmərdən olan 600 - 800 manat arası olan daşları sifariş edir. İmkanlı şəxslər isə 1500 manatdan başlayaraq 5 min manata qədər olan daşlara üstünlük verir.

 

Tarix
8 Oktyabr 2014 [22:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin