“Qarabağ”ın cənubi afrikalı hücumçusu milliyə çağrılıb

17:09 - 20 Sentyabr 2017 - İDMAN

“Qarabağ”ın hücumçusu Dino Ndlovu uzun fasilədən sonra CAR yığmasına çağırılıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı Stüart Bakster Ağdam klubunun forvardına dəvət göndərib. 
Ndlovu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Burkina Fasoya qarşı evdə keçiriləcək matçın iştirakçısı olacaq. 
Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib.  

Xəbər xətti