XİN: ABŞ Konqresinin nümayəndələr palatasının üzvlərinin Qarabağa səfəri araşdırılır

16:56 - 20 Sentyabr 2017 - SİYASƏT

Xarici İşlər Nazirliyi ABŞ Konqresinin nümayəndələr palatasının üzvlərinin Qarabağa səfərini araşdırır. XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Hikmət Hacıyev ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsinin araşdırıldığını bildirib: 
"Araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaqdır.

Özünü ABŞ konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər".  

Xəbər xətti