Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı

16:49 - 20 Sentyabr 2017 - DÜNYA

 Türkiyənin Niğde bölgəsində Ali Polis Məktəbində helikopterin qəzaya uğraması nəticəsində bir polis əməkdaşı ölüb, biri ağır yaralanıb. Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
İnformasiyaya əsasən, məktəbdə təlim zamanı helikopterin pəri 2 polisə çırpılaraq, onları ağır yaralayıb. Polislərdən biri hadisə yerində ölüb, o biri yaralı isə ağır vəziyyədə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır. report

Xəbər xətti