Ana səhifə
23 Sentyabr 2018

Prezident viza haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev vizaların verilməsi üzrə işlərin təkmilləşdirilməsinə dair əlavə tədbirlərin görülməsi haqda sərəncam imzalayıb.

 

Nazirlər Kabinetinə tapşırılıb ki, 

 

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsisteminin (bundan sonra - “Viza” altsistemi) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə, aidiyyəti dövlət orqanlarının təklifləri nəzərə alınmaqla aşağıdakı tədbirlərin həyata keçirilməsini;

 

- Azərbaycanın  xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirliklərinin və konsulluqlarının “Viza” altsisteminə qoşulmasını;

 

- “Viza” altsistemində yaranan texniki problemlərin aradan qaldırılması, sıradan çıxmış və zəmanət müddəti bitmiş avadanlığın yenisi ilə əvəz edilməsi, altsistemin daim işlək vəziyyətdə saxlanılması üçün müvafiq texniki xidmətin və müşayiətin təşkil edilməsini;

 

- “Viza” altsisteminin mövcud proqram təminatının təkmilləşdirilməsi, altsistem vasitəsilə verilən vizalarla bağlı müfəssəl statistik təhlillərin aparılması imkanının yaradılmasını;

 

- Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və  Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsini;

 

- “Viza” altsisteminin Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi ilə tam inteqrasiya olunmasını;

 

- “Viza” altsistemi çərçivəsində yoxlama prosedurlarının təkmilləşdirilməsini təşkil etsin.

 

- vizaların verilməsi prosesinin qiymətləndirilməsi məqsədi ilə monitorinq sistemini yaratsın; 

 

- vizaların verilməsi işinin operativliyini təmin etmək məqsədi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin, habelə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin və konsulluqlarının işçilərinin ştat sayının artırılması məsələsinə baxsın;

 

- 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin hazırlıq səviyyəsinin yoxlanılması üçün tədbirlər görsün.(Avropa.info)

Tarix
21 Noyabr 2014 [18:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin