AFFA iki klubu 1000 manat cərimələdi

13:35 - 20 Sentyabr 2017 - İDMAN

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın saytında verilmiş məlumata görə, iclasda aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının V turunun “Neftçi” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 86-cı dəqiqəsində “Neftçi”nin  futbolçusu Mirabdulla Abbasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbər xətti