Ana səhifə
22 Oktyabr 2018

“Sevgi dünyası” kitabının təqdimatı.... - FOTOLAR

Bəstəkar-şair,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Bayraməliyevin növbəti şeirlər kitabı çapa hazırlanır.

 

 

Uzun illərdən bəri yazılan və artıq bir kitab həçminə gələn şeirlər toplusu “Sevgi dünyası” adlandırılıb. Müəllif şeirlər toplusunu 2015-ci ilin ilk həftələrinə təqdimata çıxarmağı nəzərdə tutub: “5 ildir ikinci kitabım üzərində çalışıram. “Sevgi dünyası” adlandırdığım kitabın əsasını vətən, sevgi  mövzusu təşkil edir. Hər bir oxucu özünü misralarda tapa biləcək. Dostların şeirlərlə ilk tanışlığından və nəğməyə dönən bəndlərdən, yaradıcılıq məhsulumun maraq yaratdığı qənaətindəyəm. Əsas sözü isə geniş publika söyləyəcək”.

Müəllifin məlumatına görə, onun ilk kitabı 2008-ci ildə çapdan çıxıb. “Nəğmələr kitabı” adı ilə öncə Gürcüstanda, daha sonra Respublikada təqdimatı keçirilən toplunu Tural Bayraməliyev  Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edib: “Mərhum prezident Heydər Əliyev gənclərə hər zaman dəstək olub. Müstəqilliyimizin qurucusu olan dahi şəxsiyyətə müəllifi olduğum kitabı ərməğan etməyi bir gənc olaraq, özümə borc bilmişəm. Bu silsiləni bu dəfə mahnı şəklində davam etdirəcəm. Heydər Əliyevin  85 illik yubileyinə söz və musiqisi mənə məxsus olan “Xalqımızın qəlbindəsən” adlı kompazisiya həsr etmişdim. Xalq artisti Nisə Qasımovanın ifasında səsləndirildi. Dekabrın 12-də Heydər Əliyevin anım gününə daha bir kompazisiya itaf ediləcək. Hazırda bunun üzərində çalışırıq. “Ulu Öndər” adlandırdığımız bu nəğmənin sözləri Həsən Şirinova, musiqisi mənə məxsusdur.  Musiqili əsəri əməkdar artist Almaz Ələsgərli səsləndirəcək”.

Tarix
21 Noyabr 2014 [18:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin