Saatlıda minik avtomobili traktorla toqquşub: 1 nəfər ölüb, 3 yaralı

12:21 - 19 Sentyabr 2017 - HADİSƏ

Saatlı rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 18-də saat 20 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi “Belarus-80” markalı traktor toqquşub.
Nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib. 
Saatlı RPŞ tərəfindən araşdırma aparılır. 

Xəbər xətti