Sabahın havası açıqlanıb

12:16 - 19 Sentyabr 2017 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 20-də ölkə ərazisində müşahidə ediləcək hava proqnozunu açıqlayıb. ETSN-dən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

Xəbər xətti