Bakıda naməlum kişi özünü 17-ci mərtəbədən atıb

11:01 - 19 Sentyabr 2017 - HADİSƏ

Bakıda naməlum kişi intihar edib. Ucnoqta.az xəbər verir ki, Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. 25-30 yaşlarında naməlum kişi Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü atıb. Hadisə yerində keçinən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Xəbər xətti