Ana səhifə
16 Noyabr 2018

3 ton heroin daşıyan sürücü həbsdən buraxıldı

Gürcüstanın baş prokurorluğu Azərbaycan üzərindən keçməklə 3 ton maye heroin daşıyan yük maşını sürücüsünü həbsdən azad edib. 
"Ucnoqta.az" virtualaz.org-a istinadən xəbər verir ki, prokurorluq narkotik maddələrin qanunsuz əldə edilməsi və daşınmasında, beynəlxalq tranzitində ittiham olunan sürücü Quram Tetsxladzenin barəsində cinayət işinə xitam verilib. İstintaq müəyyən edib ki, sürücü yükün daşınması barədə təklifi bu il iyulun 3-də Türkiyə vətəndaşı Bayram Coşqunidən alıb. Coşquni gürcü sürücüyə yükün maye sabundan ibarət olduğunu bildirib.

“İstintaq müəyyən edib ki, Tetsxladze yükün narkotik maddə olmasını bilməyib və bunu müəyyən edə bilməzdi” - deyə prokurorluq bildirir.

Gürcüstan prokurorluğunun məlumatına görə bu iş üzrə hazırda Yevgeni Qorqadze və Türkiyə vətəndaşı Şefik Semizoğlu həbsdədir, Bayram Coşquni isə axtarışdadır. Narkotik yüklənmiş maşın İrandan yola çıxıb, Azərbaycan ərazisindən keçib və Gürcüstan ərazisində saxlanılıb. İstintaq 3 ton maye heroinin “Taliban”a məxsus olduğunu, Əfqanıstandan göndərildiyini və Gürcüstandan keçərək Moldovaya çatdırılmalı olduğunu müəyyən edib. Ehtimal ki, yük oradan Avropaya ötürüləcəkdi.

 

Tarix
8 Oktyabr 2014 [21:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin