"Mariya" qasırğası Dominikanın baş nazirinin evinin damını uçurub

09:41 - 19 Sentyabr 2017 - HADİSƏ

Ən təhlükəli 5-ci dərəcəyə qədər güclənən "Mariya" qasırğası Dominikanın baş naziri Ruzvelt Skerritin evinin damını uçurub. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə baş nazir öz "Facebook" səhifəsində yazıb. Məlumata əsasən, qasırğa Rozo şəhərində əsas xəstəxananında damını uçurub. Bir qədər sonra baş nazir bildirib ki, xilasedicilər onu xilas ediblər.

Xəbər xətti