Finlandiyada yaşayan azərbaycanlılar Azərbaycanın milli maraqlarını müdafiə edir

18:38 - 18 Sentyabr 2017 - KİVDF

Diaspora təşkilatları ölkəmizin Finlandiyada tanıtmaq üçün çoxsaylı layihələr həyata keçirir

Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır, Azərbaycan həqiqətlərinin bu ölkədə təbliğatında fəallığı ilə seçilir. Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ölkəmizin zəngin tarixi-mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılmasında aktiv rol oynayan  diaspor təşkilatlarından biri də  Finlandiya-Azərbaycan “Dostluq” Cəmiyyətidir. Cəmiyyətin sədri Təranə Nəzərova bu yaxınlarda Finlandiyanın Xarici İşlər Nazirliyində Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arya Makkonenlə görüşüb. Görüş zamanı T.Nəzərova “Dostluq” cəmiyyətinin fəaliyyəti haqqında geniş məlumat verib, cəmiyyətin 15 il ərzində  Finlandiyada yaşayan azərbaycanlıların yerli ictimaiyyətə, o cümlədən ölkənin mədəni həyatına inteqrasiyasında mühüm rol oynadığını qeyd edib. Cəmiyyət sədri Finlandiyada yaşayan azərbaycanlıların daim doğma Vətənin – Azərbaycanın milli maraqlarını müdafiə etməyə çalışdığını, ölkələrini Finlandiyada tanıtmaq üçün çoxsaylı layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. O, qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Finlandiya ictimaiyyətinə çatdırılması “Dostluq” cəmiyyətinin fəaliyyətinin prioritet istiqamətini təşkil edir. T.Nəzərova, eyni zamanda bildirib ki, Finlandiyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti hər zaman dəstəkləyir.
Arya Makkonen öz növbəsində bildirib ki, iki ölkə arasındakı siyasi əlaqələr möhkəmlənir, iqtisadi və mədəni əlaqələr uğurla inkişaf etməkdədir.
 Qeyd edək ki, bu cəmiyyət Azərbaycan rəssamlarının Finlandiyada sərgilərinin keçirilməsində də yaxından iştirak edir. Bu ilin sentyabrında  Finlandiyanın Xamelina şəhərində Azərbaycanın tanınmış rəssamı, Finlandiya-Azərbaycan “Dostluq” Cəmiyyətinin fəal üzvü Çingiz Abbasovun rəsm sərgisi keçirilib. Bu barədə məlumatı cəmiyyətin sədri Təranə Nəzərova verib. Qeyd edək ki, Ç.Abbasov ABŞ, Avropa, o cümlədən  Finlandiyada fəaliyyət göstərən bir sıra rəsm qalereyaları ilə əməkdaşlıq edir. Onun rəsmlərinə dünyanın bir çox şəxsi və korporativ kolleksiyalarında, həmçinin tanınmış alman kolleksioneri Reynhold Vürtun muzeyində, Finlandiya Prezidenti Sauli Niinistonun kolleksiyasında rast gəlmək olar.
Ç.Abbasovun yenicə tamamlanmış “Çovqan”adlı rəsm işləri Bakıda yeni açılmış Media Mərkəzində nümayiş olunub.
Bu yaxınlarda isə o I Dünya Müharibəsində iştirak etmiş əfsanəvi “Vəhşi Diviziya”nın qəhrəmanı Azərbaycan Süvari Alayına həsr etdiyi “üçlük” adlanan (triptix) böyük həcmli rəsm əsərini  bitirib.
Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının  Azərbaycanla bağlı həqiqətlərin də dünya ictimaiyyətinə çatdırılmasında rolu danılmazdı. Məsələn, Finlandiya Azərbaycan Assosiasiyası bu məqsədlə bütün mümkün imkanlardan istifadə edir, assosiasiyarəhbərliyi müntəzəm olaraq Finlandiya parlamentində görüşlər keçirir, bu ölkə parlamentarilərini Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırırlar. 
Bir müddət öncə də Finlandiya-Azərbaycan Assosiasiyasının rəhbərliyi bu ölkə parlamentində görüş keçirib. Görüşdə Azərbaycan və Finlandiya arasında münasibətlərin inkişafından, Finlandiya parlamentində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan dinləmələrdən danışılıb. İqtisadi sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Eyni zamanda Finlandiyada yaşayan azərbaycanlıların təşkilatı məsələlərinin həlli müzakirə edilib. Azərbaycan kəndləinin Ermənistan ordusu tərəfindən atəşə tutulması, dinc sakinlərin öldürülməsi və yaralanması diaspora təşkilatlarının həmişə diqqət mərkəzində olub.  Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Yeniyetmə Gənclər Təşkilatı və Azər-Türk Gənclər Təşkilatı 4 iyul 2017-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı birgə bəyanat yayıb. Bəyanat Finlandiya Parlamentinə, Finlandiya Xarici İşlər Nazirliyinə, İnsan Hüquqları Komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib. Bəyanatda deyilir: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır".
Xocalı soyqırımının ildönümü də hər zaman Finlandiya Azərbaycanlıları Assosiasiyası tərəfindən qeyd edilib. Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçirilib. Belə ki, Helsinki Caisa mədəniyyət mərkəzində Xocalı soyqırımınının 25-ci ildönümünə həsr olunmuş “XX əsrin ən böyük faciəsi- Xocalı soyqırımı” adlı tədbir keçirilib. Tədbirdə bildirilib ki, Xocalı soyqırımı Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biridir. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Azərbaycan xalqına qarşı törədilmiş qətliamlardan biri və bəlkə də, ən amansızı Xocalıda quduz ermənilər tərəfindən törədilmiş soyqırımdır." Şəhidlərimizi unutmamaq və birgə anmaq hər birimizin müqəddəs borcudur. Artıq bəşəriyyət XX əsrin ən böyük faciəsi olan- Xocalı soyqırımını tanımalı və buna siyasi qiymət verməlidir".
 Bundan başqa, diaspora təşkilatlarının fəaliyyəti nəticəsində Helsinki Caisa mədəniyyət mərkəzində  “XX əsrin ən böyük faciəsi- Xocali soyqrımı” adlı sərgi keçirməsi də həmişə diqqət mərkəzində olub. Belə sərgilərin birində Türkiye Cumhuriyətinin  Helsinkidəki  Fövqəladə və səlahiyyətli səfiri Adnan Başağa  çıxış edərək türk  tarixinin  bu acı və kədərli səhivəsini  daima anlatılmasının vacibliyini bildirib.  Bu faciə Xatın, Liditsa, Oradur soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı olaylardan daha da dəhşətli olduğnu bildirib. Bir az da günahı özümüzdə axtararaq vaxtinda olanlara qiymət vermədiyimizi , biganə yanaşmamızn fəsadlarınını yaşadığımızı bildirib. Cənab səfir tədbir iştirakçılarına bu faciəni  hər  kəs daima birilərinə anlatasın deyə tövsiyə edbi. Bu işin daha da efektli olması üçün bu gənclərə həvalə edilmməlidir deyib.
Qeyd edək ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgidə Heydər Əliyev fondu tərəfindən çap olunmuş Xocalı faciəsi haqqında kitablar,braşurlar, faciəni əks etdirən fotoşəkillər və sənədli flim nünayiş etdiirilib.
(ardı var)

 

Xəbər xətti