Gəncədə 10-cu sinif şagirdinin intihar etməsinin TƏFƏRRÜATı

13:59 - 18 Sentyabr 2017 - HADİSƏ

Dünən Gəncə şəhərində məktəbli qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yaşadığı evdə özünü asaraq həyatına son qoyan 15 yaşlı Gülçin Qəmbərli 16 saylı orta məktəbin 10-cu sinif şagirdi olub. O, sentyabrın 15-də ilk dərs günündə iştirak edib. Lakin dünən səhər məktəb rəhbərliyi şagirdləri şəhərdə keçiriləcək marafona apararkən Gülçinin gəlmədiyi məlum olub. Xəbər gəlib ki, yeniyetmə qız intihar edib.
İlkin araşdırma zamanı məlum olub ki, G.Qəmbərli məktəbdən əlavə hazırlıq kursuna gedirmiş və kursda keçirilən test imtahanında aşağı nəticə göstərib. Bu səbəbdən evdə anası onu danlayıb. Psixoloji sarsıntı keçirən qız daha sonra özünü asıb.
Araşdırmalar davam etdirilir.

Xəbər xətti