Türkiyədə turist avtobusu 25 metr dərinlikdə dərəyə aşıb

13:45 - 17 Sentyabr 2017 - DÜNYA

Türkiyədə Antalyadan Adrasana gedən avtobus 25 metr dərinlikdə dərəyə aşıb.Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb. Məlumata əsasən, bütün xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Xəbər xətti