Ana səhifə
20 Yanvar 2018

Azərbaycan- Çexiya oyununun biletləri satışda

Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb. AFFA-dan verilən məlumata görə, oktyabrın 5-də Bakı Olimpiya Stadionundakı oyun üçün biletləri "Asan Xidmət" mərkəzlərindən (1,2,3 və 4), Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar. Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq 1 – 6, VİP yerlər üçün isə 50 manatdır. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda sentyabrın 27-də Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin "Qarabağ" – "Roma” və Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və "Qarabağ” futbol klubu birgə layihə həyata keçirəcək. Layihəyə əsasən, "Qarabağ”ın ÇL-dəki ilk və milli komandanın cari tsikldə son ev matçın olduğundan, azarkeşlərə güzəştlər tətbiq ediləcək. Ağdam komandasının oyununa bilet alan fanatlar millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər yığmanın görüşü üçün bilet alarkən "Qarabağ” – "Roma” oyununun biletini kassalara təqdim etməlidir.
Tarix
16 Sentyabr 2017 [12:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ