Ana səhifə
20 İyul 2018

Azərbaycanda qızıl hasilatı 3 dəfə artıb

Azərbaycanda qızıl hasilatı artıb, gümüş hasilatı isə azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata gör, bu ilin yanvar-avqust aylarında ölkədə 3 934,5 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 15,5% azalaraq 213,6 kq təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur. 
“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.report

Tarix
15 Sentyabr 2017 [17:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin