Ana səhifə
20 Yanvar 2018

Bu il Azərbaycanda 43,7 mlrd. manatlıq ümumi daxili məhsul istehsal edilib

2017-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43 mlrd. 713,2 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1% az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,4% artıb, neft sektorunda isə 7,6% azalıb.
Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8% təşkil edib. Əlavə dəyərin 40,1%-i sənayedə, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə, 16,2%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4498 manata bərabər olub.

Tarix
15 Sentyabr 2017 [17:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ