Ana səhifə
14 Dekabr 2018

MM-nin komitə sədri AŞPA həmməruzəçiləri ilə görüşüb

Səməd Seyidov: Bütün məsələlər müzakirə yolu ilə həll olunmalıdır


Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın Azərbaycanda səfərdə olan həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda ilə görüşüb. Trend-in məlumatına görə, S.Seyidov bildirib ki, son vaxtlar ölkəmizə qarşı artan qara piar kampaniyasının əsl məqsədinin Azərbaycanın iqtisadi qüdrətini zəiflətmək, həmçinin işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların işğalını legitimləşdirməkdir. Komitə sədri bu fikirlərini təsdiq edən faktları – Avropada fəaliyyət göstərən erməni təşkilatlarının yaydıqları press-relizi AŞPA-nın həmməruzəçilərinə təqdim edib.
Sonra S.Seyidov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin hazırladıqları məruzəyə dair fikirlərini açıqlayıb. S.Seyidov Avropa Şurasının bir sıra ölkələrə münasibətdə sərt mövqe tutmasının yolverilməz olduğunu bildirib: “Həmin ölkələrin Avropa Şurasından uzaqlaşdırılması Avropa Şurasının özünün dağıdılması deməkdir. Bütün məsələlər müzakirə yolu ilə həll olunmalıdır”.

Görüşdə həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
15 Sentyabr 2017 [14:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin