Azərbaycanda yeni futbol liqası başlayır

13:17 - 15 Sentyabr 2017 - İDMAN

Azərbaycanda yeni yaranmış – Bakı Futbol Liqasının (BFL) başlamasına bir həftə qalıb.Bakı Futbol Liqası (BFL) adlı həvəskar futbol liqası 2016-ci ildən yaradılıb. Bu liqanın digər liqalardan fərqi odur ki, BFL-in keçirdiyi yarışda meydanda hər komandadan 11 deyil, 8 futbolçu çıxış edəcək.
Yarışlarda istənilən həvəskar komanda BFL-dən qeydiyyatdan keçməklə iştirak edə bilər. 2017/18 mövsümündən başlayaraq, yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək.
Qurumun saytında bildirilir ki, peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək. Liqada peşəkar oyunçular iştirak edə bilməz. Bakı Futbol Liqasının yarışlarında iştirak üçün artıq ərizələrin qəbuluna başlanıb və bir necə tanınmış şirkət qeydiyyatdan keçiblər – AtaBank, Kristal R&R, Akkord Sement, RR Group və s.
Yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanır.

Yarışla bağlı ətraflı məlumatı www.bfl.az saytından öyrənmək olar. Əlaqə nömrələri: (050) 671 20 05 ; (051) 888 00 05, Video keçid - https://www.youtube.com/watch?v=xVtIzW9Avj4.

Xəbər xətti