Bakıda avtobus dayanacağa çırpıldı - Yaralanan var, sürücü qaçdı

11:02 - 14 Sentyabr 2017 - HADİSƏ

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.
39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.
Sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.


Xəbər xətti