Ana səhifə
21 Noyabr 2018

""Neftçi"də əvəzolunmaz futbolçu yoxdur"

"Neftçi" klubunun baş məqşisi Arif Əsədov Bruno Bertuççinin komandadan ayrılmasına münasibət bildirib. Klubun rəsmi saytına danışan A.Əsədov Bertuççinin öz istəyi ilə komandadan getdiyini deyib:
"Bruno Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istəməsi ilə bağlı fikrini bildirdi. Daha sonra bu barədə klub rəhbərliyinə müraciət etdi və qarşılıqlı razılaşma əsasında klubdan ayrıldı. Bertuççi “Neftçi” ilə bərabər bir sıra uğurların qazanılmasında pay sahibi olub. Ölkə kubokunu və çempionluğu qazanıb. 
Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Bununla belə, bizim komandamızda əvəzedilməz futbolçu yoxdur. Hazırda həmin mövqe uğrunda bir neçə yerli futbolçu rəqabət aparır. Məqsədimiz də odur ki, əsas heyətdəki yerli futbolçuların sayını artıraq və milli komandalarımıza daha güclü futbolçular yetişdirək."

Tarix
8 Oktyabr 2014 [21:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin