Ana səhifə
19 Noyabr 2017

Lapşin prezidentə təşəkkür etdi - Mətn

Xəbər verdiyimiz kimi bloger Aleksandr Lapşin əfv edildiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu göndərib.
Məktubun mətnini təqdim edirik:

“Bu gün xəbər tutdum ki, Siz mənim əfv edilməyim barədə Sərəncam imzalamısınız. Buna görə Sizə hədsiz minnətdaram. Yəqin ki, ömrümdə heç bir hadisəni bu dərəcədə səbirsizliklə gözləməmişdim”.
Öz əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirən Aleksandr Lapşin qeyd edir ki, Dağlıq Qarabağa gedərkən onda həmin regionda və onun ətrafında baş verən hadisələr barədə mötəbər məlumat olmayıb. İndi isə Qarabağın əzəli Azərbaycan torpağı olduğuna və olacağına dair təkzibedilməz faktlara malikdir. O, ümid etdiyini bildirir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənəcək.
Məsuliyyətsiz hərəkətlərinə görə bir daha peşmançılıq hiss keçirdiyini vurğulayan və göstərilən humanistliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Aleksandr Lapşin məktubunu bu sözlərlə tamamlayır: “İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uzun ömür, cansağlığı, daha artıq firavanlıq və işğal edilmiş ərazilərinizin tezliklə azad olunması arzularımı bildirim”.

Tarix
13 Sentyabr 2017 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ