Ana səhifə
19 Noyabr 2017

Britaniyalı nazir Azərbaycana gəlir

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan Azərbaycana gəlir. Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Onun sabah Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.
2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG-nin 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər həmçinin yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar.
Razılaşma AÇG-yə irihəcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-də gündəlik neft hasilatı təxminən 620 min barreldir. Tərəfdaşlıq üzrə işləri BP idarə edəcək.

Tarix
13 Sentyabr 2017 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ