Ana səhifə
19 Noyabr 2017

Azərbaycanlı müğənni həbs oluna bilər

Tanınmış müğənni Kərim Abbasovla bağlı polisə şikayət ərizəsi daxil olub. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinə şikayət edən şəxs müğənninin bıçaqla ona hücum etdiyini deyib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Kərimin Rəsulzadə qəsəbəsindəki evində təmir işlərinə başlayıb. Daha sonra evə baxış keçirən müğənni ustanın işini bəyənməyib və onlar arasında dava-dalaş olub. Münaqişə zəminində Kərim mətbəx bıçağı ilə ustaya hücum edib. Ətrafdakı şəxslərin köməkliyi ilə qanlı hadisənin qarşısı alınıb.
Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, ustanın dedikləri təsdiqini taparsa, müğənni Kərim Abbasov həbs edilə bilər.

Tarix
13 Sentyabr 2017 [16:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ