Ana səhifə
27 Sentyabr 2017

Frenk Lempard: ""Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz"

 İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Frenk Lempard "zadəganlar"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirdiyi oyun barədə danışıb. "Report"un məlumatına görə, hazırda yayımçı BT Sport telekanalının eksperti kimi çıxış edən London təmsilçisinin keçmiş kapitanı Ağdam komandasının çıxışından narazılıq ifadə edib.
Lempardın fikrincə, "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz: "Onlar qılıncın küt tərəfini qaldırmışdılar. Çox pis, dəhşət doğuracaq müdafiə taktikası seçmişdilər. İngiltərənin "Sandey Liqası"nda (daha aşağı səviyyəli həvəskar komandaların yarışdığı liqa) elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar".

Qeyd edək ki, "Çelsi" "Qarabağ"a 6:0 hesabı ilə qalib gəlib.

Tarix
13 Sentyabr 2017 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ