Ana səhifə
19 Noyabr 2017

Kukla Teatrı 86-cı teatr mövsümünə start verir

Uşaqların sevimli sənət məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni – 86-cı teatr mövsümünə hazırdır. Uğurlu premyeralar, festivallardan mükafatlarla mövsümü başa vuran teatrın yaradıcı heyəti teatrsevərlərlə yeni görüşə də eyni şövq və yeniliklərlə gəlir. 
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, mövsümə sentyabrın 16-da repertuarın seçkin nümunələrindən olan dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” tamaşası ilə start verəcək. Iki seansda (saat 12. 00, 14.00) nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Elə həmin gün rus bölməsi üzrə uşaqların böyük maraqla izlədiyi “Qoğal” tamaşası da nümayiş olunacaq.
Mövsümün ilk premyerasına gəlincə bu sentyabrın sonunda rus xalq nağılı “Durna balığının əmri ilə” əsasında hazırlanan “Durna balığı” tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqi tərtibatı əsasında hazırlanan səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
Yaradıcılıq planları bununla məhdudlaşmayan teatrda ilin sonunadək daha iki tamaşa hazırlanacaq. Bunlardan biri artıq teatrın klassikasına çevrilmiş “Cırtdan” tamaşasıdır. Bu dəfə ona yeni səhnə həyatını teatrın baş rejissoru Qurban Məsimov verəcək. 
Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarov olan tamaşa bu dəfə daha müasir forma və məzmunda təqdim olunacaq. Rejissor və quruluşçu rəssam müasur uşaqların dünyagörüşü və tələblərini nəzərə alaraq səhnə işində yeni kukla teaxnikaları və daha fərqli dekorasiyadan istifadə edəcəklər. 
Ilin sonunadək A.S. Puşkinin məşhur “Balıqçı və balıq” nağılı əsasında “Qızıl balıq” adlı tamaşa da hazırlanacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verəcək. 
Teatrın yaradıcılıq planına Azərbaycan xalq nağılı “Məlikməmməd”, “Min bir gecə” nağıllarından “Əlibaba və qırx quldur”, eləcə də Ceyms Metyu Barrinin pyesi əsasında məşhur “Piter Pen” tamaşaları da daxil edilib. Bu sıraya müasir Azərbaycan uşaq yazıçılarından birinin də əsəri daxil ediləcək. Hazırda nəzərdə tutulan bir neçə müəllifin əsəri bədii şuranın müzakirəsindədir.

Tarix
12 Sentyabr 2017 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ