Ana səhifə
19 Noyabr 2017

Bakının daha iki parkında pulsuz "Wi-Fi"

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini "Dədə Qorqud" və "Nərimanov" parklarınadək genişləndirib.Bu barədə özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbədən məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu parklarda pulsuz İnternet yaxın zamanlarda aktiv olacaq.
Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

Tarix
12 Sentyabr 2017 [13:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ