Ana səhifə
27 Sentyabr 2017

Xələc həbsxanasında əsgər yoldaşını güllələyən şəxs tutulub - RƏSMİ

Salyanda həbsxanada baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 10-da saat 05:30 radələrində Mühafizə Alayının Salyan rayonu ərazisində yerləşən bölüyünün kiçik çavuşu Əmrah Müftəliyevin mübahisə zəminində əsgər yoldaşı Əyyam Əyyubluya qarşı avtomat silahdan atəş açaraq ona xəsarətlər yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanııb və Ə. Müftəliyev şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir. Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonun Yenikənd kəndində yerləşən, "Xələc həbsxanası" kimi tanınan 5 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə xidmət edən Ağstafa rayon sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Tarix
12 Sentyabr 2017 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ