Ana səhifə
18 Noyabr 2017

İşğal olunmuş və cəbhəyanı rayonların gənclərinin forumu işə başlayıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində işğal olunmuş və cəbhəyanı rayonların gənclərinin “Vətəni müdafiəyə daim hazırıq” mövzusunda forumu işə başlayıb. Ucnoqta.az AzərTac-a istinadən xəbər verir ki, forum Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.
Forumda adıçəkilən qurumların, eləcə də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun nümayəndələri, Milli Məclisin deputatları, respublikanın qeyri–hökumət gənclər təşkilatları, Azərbaycanın işğal olunmuş Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xocalı, Xocavənd, Cəbrayıl, Füzuli və cəbhəyanı Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Göygöl, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gədəbəy şəhər və rayonlarının fəal gəncləri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti olan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, respublikanın sosial-iqtisadi inkişafı, həmçinin hərbi qüdrətinin yüksəldilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində həyata keçirilən uğurlu siyasət, bunun nəticəsində əldə edilmiş nailiyyətlərın qorunması üçün hər bir azərbaycansevərin üzərinə düşən vəzifələr və vətəndaşlıq borcu ilə bağlı çıxışlar dinlənilir.

Tarix
12 Sentyabr 2017 [11:03]
Müəllif
Üç nöqtə
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ