Ana səhifə
19 Sentyabr 2018

Müraciətlər elektron qaydada cavablandırılacaq

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, vətəndaşların prokurorluq orqanlarına müraciət etmək imkanlarının elektron vasitələrdən istifadə olunmaqla daha da asanlaşdırılması, daxil olmuş müraciətlərə verilən cavabın onlara operativ çatdırılmasının, müraciətə baxılması vəziyyəti barədə vətəndaşın daha çevik məlumatlandırılmasının təmin edilməsi məqsədilə Baş Prokurorluğun veb-saytında Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən “Müraciətlərə onlayn baxılması” funksiyası (bölməsi) yaradılıb.
Prokurorluğa müraciət edən vətəndaşlar həmin xidmət vasitəsilə Baş Prokurorluğun veb-saytına (www.prokurorluq.gov.az) daxil olaraq onlara proqram tərəfindən avtomatik göndərilən bildirişdəki koddan və xüsusi paroldan istifadə etməklə müraciətlərinə dair cavabı elektron variantda əldə edə biləcəklər.

Tarix
8 Oktyabr 2014 [20:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin