Ana səhifə
23 Sentyabr 2018

Vahid Ələkbərov Putindən kömək istədi -Şok

Sanksiyalarla üzləşən “Lukoyl” neft şirkəti hökumətdən yardım istəyib. 
 

 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, şirkətin prezidenti Vahid Ələkbərov bölüşdürülməmiş karbohidrat yataqlarından istifadə edə bilmək üçün hökumətə müraciət edib. Bu barədə Rusiyanın enerji nazirinin müavini Kiril Molodtsov məlumat verib. Onun sözlərinə görə, hazırda Rusiya Enerji Nazirliyi Təbii Sərvətlər, İqtisadi İnkişaf və Maliyyə Nazirliyi ilə birgə sanksiya tətbiq edilən neft şirkətlərinə necə yardım edilməsinin yollarını araşdırır. 

Xatırladaq ki, sentyabrın 19-u Vahid Ələkbərov şirkətinin kömək üçün hökumətə müraciət etməyəcəyini demişdi.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya şirkətləri siyahısında "Lukoyl"un da adı vardı.

 

Tarix
25 Sentyabr 2014 [15:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin