Floridada qasırğa nəticəsində 7 milyona yaxın insan işıqsız qalıb

10:06 - 12 Sentyabr 2017 - HADİSƏ

ABŞ-ın Florida ştatında "İrma" qasırğası nəticəsində təqribən 6,5 mln. istifadəçi işıqsız qalıb. Bu barədə bazar ertəsi "Florida Power and Light" enerji şirkətinin idarə heyətinin sədri Erik Sileyciyə istinadən "Associated Press" məlumat yayıb.

Onun sözlərinə görə, hazırda elektrik enerjisinin bərpası ilə şirkətin 19,5 min mütəxəssisi məşğul olur. Qasırğanın vurduğu ziyanın qiymətləndirilməsi davam edir. Şirkət rəhbəri bildirib ki, işlərin bitməsinə bir neçə gün qalıb. "Report"

Xəbər xətti